|
DataLife Engine > ...
|
|
|
Hər zaman və hər yerdə sizi salamlamaqdan mənmunluq duyuram. Hörmətli həmkarlar, dostlar!Sizləri İmplantoloqların Üçüncü Beynəlxalq Xəzər konfransında görmək arzusu ilə salamlayıram. Zaman axır və bizləri irəli - İmplantoloqların Üçüncü Beynəlxalq Xəzər Konfransına aparır.Zaman axır və hər şey dəyişir.Və bu dəyişmələri bir arada görmək və bölüşmək üçün bütün həmkarları Bakıya – Konfransa dəvət edirəm.Bu Konfrans İmplantologiyanın ən böyük və ciddi problemi olan atrofiya məsələlərinə həsr olunur.Problemin həllində alternativ metod və materialların tətbiqi həmişə böyük marağa səbəb olmuşdur. Çoxlu həll yollarının təklif olunmasına baxmayaraq mövzu öz aktuallığını itirmir.Digər metodlarla yanaşı subperiostal implantların tətbiqi də yenidən və daha yeni formada gündəmə qayıdır.Xüsusilə kompyuter texnikasının tətbiqi ilə bu metod yenidən canlanır.Konfransın bu məsələlərlə bağlı bir konsensusa gələcəyinə ümid edirik. Konfransa bir sıra yeniliklərlə bağlı konfrans- önü kurslar da əlavə olunacaq.Paralel olaraq implantologiyaya və cərrahi stomatologiyaya həsr olunmuş sərgi də iştikrakçıların marağına səbəb olacaq.Və həmişə olduğu kimi bu günlərdə qonaqlarımıza maraqlı gəzintilər, muzeylərə baxış, Azərbaycan musiqisi dinləmək, mətbəximizdən nümunələr dadmaq şansı yaradılacaq. Bir çox ölkələrdən bu konfransa böyük maraq və diqqət var. Konfransın əsas təşkilatçıları AzİİB , İCOİ (ABz) və"İmplantatas" QSC- dir.(Litva). Nəhayət sonda bütün kolleqaları konfransın işində daha aktiv olmağa çağırır və konfransımıza uğurlar diləyirəm. Bakıda görüşənə qədər. Hörmətlə, Hörmətli Kolleqalar! İmplantologiyanın sürətli inkişafı və onun ayrıca bir stomatoloji ixtisas kimi formalaşması əldə edilmiş elmi və kliniki biliklərə yenidən baxılmasını tələb edir. Çox böyük miqdar müxtəlif tip implant və konstruksiyalarından kliniki praktika üçün zaman ilə sınaqdan çıxmış və pasientlərə və stomatoloji əlillərə faydalı olanını seçmək lazımdır. Bu Konfransın məruzələri əsasən subperiostal implantların tətbiqinə aiddir, çünki bu, indi tez- tez deyildiyi kimi aqressiv cərrahi texnologiya metodunun güclü alternatividir. Prof. Strel /Belçika/ vurğulayırdı ki, sümük implantı seçir. Pasientin maraqlarını nəzərə alaraq müalicə üçün daha təhlükəsiz müalicə planı seçmək lazımdır. Buna görə də ağızda kliniki situasiyalarin müxtəlifliyini nəzərə alaraq, hər zaman ehtiyatda müxtəlif növ implantların olması vacibdir. Bu gün biz xəstəni hər vəchlə yivli implantasiyaya sövq etməyə çalışırıq.Xəstənin marağını nəzərə alsaq bu, səmərəli və ağlabatandırmı? Lakin hələ ki bu reallıq olaraq qalır. İmplastruksiya / implantoloji rekonstruksiyanın protez və cərrahi bölmələrə ayrılması pasientlərin marağında deyil və onlara faydalı deyil.Kim və nəyə görə gələcəkdə birincili səbəbin çətin müəyyən olunan ağırlaşmasına görə cavab verəcək?Bunu kim ödəyəcək? Biz ümüd edirik ki, təcrübə və bilik mübadiləsi , həmçinin müzakirələr bu tip implantlar mövzusunda bizim qarşılıqlı anlaşmaya və raziliga gelmeyimize imkan verəcək. Hörmətlə,
|